Tarix

OceanNet 25 ildən artıq müddətdir ki, daşımaçılıq biznesində bir standarta çevrilmişdir. OceanNet, Qafqaz regionuna diqqət yönəldən niş (niche) bazar iştirakçısından qlobal miqyasda fəaliyyət göstərən müstəqil daşımaçıya çevrilmişdir. Lap əvvəldən yerləşmə yerimiz Papendrext olub və OceanNet indi də Rotterdamdan qısa məsafədə olan bu bələdiyyədə yerləşir.

Şirkət 1988-ci ildə Erik van den Hil tərəfindən təsis olunub. OceanNet, Qafqaz regionuna çıxa bilən Niderlandın ilk özəl daşımaçılarından biri olub. Qeyd olunduğu kimi OceanNet bütün dünya miqyasında fəaliyyət göstərsə də Qafqaz regionu bu şirkətin daxilində hələ də ayrılmaz bir ixtisaslaşma olaraq qalır. Ona görə də insanların Qafqazdan və ya Qafqaza daşıma və təchizatı nəzərdə tutarkən OceanNet-i hər zaman qeyd etmələri təəccüblü deyil.

2011-cü ildə, Van den Hilin böyük oğlanları Artur və Barri OceanNet şirkətinin gündəlik idarəetməsini öz üzərlərinə götürdülər. OceanNet müştərilər, işçi heyəti və dövriyyə baxımından bu iki qardaşın perspektivli idarəetməsi altında ciddi inkişafa nail olmuşdur. Qısacası, OceanNet inanılmaz dərəcədə uğurludur. Hər kəs çox çalışmış, həvəs, dinamika və pozitiv yanaşma ilə işləmişdir. 2015-ci ildə tamamilə gözlənilməz bir hadisəyə qədər o illərdə onlara mane olacaq heç nə baş vermədi. Təşkilat Arturun faciəvi, tamamilə gözlənilməz ölümündən sarsıldı. Artur, bu həyatla vidalaşmaq üçün hələ çox gənc idi, onun cəmi 38 yaşı var idi. Bu, əbədi olaraq OceanNet tarixində qara səhifə, böyük itki olaraq qalacaq.

Bununla belə, OceanNet-də Barri və digərləri bu çətinliyin qarşısında mətin dayandılar. Hər kəs, Artur, Barri və Erikin xəyallarını həqiqətə çevirmək üçün kollektiv səyləri birləşdirdi. Bu, OceanNet-də hələ də hər kəsin bölüşdüyü bir xəyaldır. Bu elə də qəliz xəyal deyil: yalnız bir şirkət "daşımaçılıq plus"-a nail ola bilər: OceanNet!

Peşəkarlar komandası hər gün OceanNet-in öz müştərilərinə diqqət yönəldən bənzərsiz, ailə təsisçiliyinə malik şirkət olduğunu nümayiş etdirir. Erik van den Hil hələ də təşkilata mümkün olan məqamlarda dəstək verir, Barri isə OceanNet-in gündəlik idarəetməsi ilə məşğuldur. Ola bilsin onlar 2016-cı ildə də rəhbərliklə özləri məşğul olsunlar, amma OceanNet komandası hər zaman onların arxasında olacaq. OceanNet gələcəyə hazırdır!

Facebook feed

This facebook feed is not available because the cookies are disabled. The cookies can easily be activated.
Follow us on: Follow us on Facebook Follow us on Twitter
OceanNet
Accept
We use cookies to improve the user experience on our website, to keep statistics and to give you access to our social media.
By using this website or by pressing the agreement, you agree to our cookie policy. You can not accept cookies either.