Haqqımızda

OceanNet 25 ildir ki yük daşınması biznesində fəaliyyət göstərir. Şirkət 1988-ci ildə Van den Hill ailəsi tərəfindən təsis edilmişdir. Bu, Niderlandda Qafqazda marşrut açmağa nail olmuş ilk özəl yük daşınması şirkətlərindən biridir.
2014-cü ildə şirkət Van den Hill ailəsinin ikinci nəsli tərəfindən idarə edilməkdə davam edir və onlar şirkət üçün fəal şəkildə çalışırlar.

25 ildən çox müddətdə OceanNet göstərdiyi xüsusi xidmət səviyyəsi əsasında təvazökar Rotterdam düşüncəsinə malik ailə şirkəti olaraq sənayedə nüfuz qazanmışdır. OceanNet –də siz müştərisiniz, nömrə deyil.

Şirkətin baş ofisi Rotterdam limanından aşağıda yerləşən böyük Papendrecht kəndindədir. OceanNet həmçinin Qafqazda bir neçə filiala malikdir. Biz konteynerləri bütün dünya ölkələrinə çatdıra bilən 100% müstəqil NVOCC operatoruyuq.

Yük daşınması şirkətinin təməl daşı malları A nöqtəsindən B nöqtəsinə çatdırmaqdır. Lakin OceanNet əlindən gələnin artığını edir. Biz düşünürük ki, hər şey optimal xidmətdən başlayır. Və OceanNet-də xidmət səviyyəsi daima yüksəkdir. Qlobal şəbəkə və təcrübəli tərəfdaşlardan əlavə OceanNet həmçinin geniş təcrübəsi, bacarıqları və bilikləri olan peşəkarlara etibar edir. OceanNet + (ilə) yük daşınması deməkdir!

OceanNet öz uğurunu geniş miqyasda öz işçilərinə borcludur. İşçilər onlardan nə gözlənildiyini bilirlər. Onlar əllərindən gələni edirlər və sizin maraqlarınızı qorumağa səy göstərirlər. Bu təcrübəli və təlim keçmiş işçilərin hər biri bilirlər ki, yalnız siz məmnun qaldığınızda onlar da razı qala bilərlər. Onlar sizə, müştəriyə, peşələrinə və şirkətimizə diqqətlə yanaşan insanlardır.

Qısa xətlər, elastiklik, müştərinin istəklərini və müştərilərimizin fəaliyyət göstərdiyi sənaye sahələrini başa düşmək. Şirkətimizdə üstünlük təşkil edən ruh ailə şirkəti üçün səciyyəvidir. Və biz bununla qürür duyuruq. Bizim fikrimizcə OceanNet-də müştərinin nömrə deyil, real müştəri olması yeganə zəmanətdir.

OceanNet platforma-konteynerlər üzrə qlobal mütəxəssisdir və Qafqazda aparıcı daşınma şirkətidir.

OceanNet: Buradan Hər Yerə!

Facebook feed

This facebook feed is not available because the cookies are disabled. The cookies can easily be activated.
Follow us on: Follow us on Facebook Follow us on Twitter
OceanNet
Accept
We use cookies to improve the user experience on our website, to keep statistics and to give you access to our social media.
By using this website or by pressing the agreement, you agree to our cookie policy. You can not accept cookies either.